Renat və Həsənin komandası bu tur xal itirdi
Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin forma geyindiyi "Ankaragücü" yenidən xal itirib.
90plus.az xəbər verir ki, komanda Türkiyə 1-ci Liqasının 17-ci turunda "Çorum" komandasının qonağı olub.
Hər iki futbolçumuz oyuna ehtiyat oyunçular arasında başlayıb. Renat, hesab 0:1 olduğu vaxt, matçın 62-ci dəqiqəsində meydana daxil olub. Ankara təmsilçisi isə bundan sonra son dəqiqələrdə məğlubiyyətdən qaçmağı bacarıb və görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd: "Ankaragücü" hazırda 24 xalla turnir cədvəlinin 9-cu pilləsindədir.
© Copyright 2026, All Rights Reserved