Rəhim Sadıxov 200-ə çatdı
Misli Premyer Liqasının 31-ci turu Rəhim Sadıxov üçün yaddaqalan olub. “Turan Tovuz”un təcrübəli yarımmüdafiəçisi “Karvan-Yevlax” üzərində qazanılan minimalhesablı qələbə matçında (1:0) Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
90plus.az xəbər verir ki, 2019/20 mövsümündə Premyer Liqada debüt edən Sadıxov ötən illər ərzində sabit çıxışı ilə seçilib. 200 qarşılaşmada 31 dəfə fərqlənən futbolçu karyerası ərzində 3 klubun şərəfini qoruyub.
Rəhim ən çox oyunu “Sumqayıt”ın heyətində keçirib. O, bu komandada 82 matçda 17 qol vurub. Daha sonra “Zirə” forması ilə 70 görüşə çıxan yarımmüdafiəçi 10 dəfə rəqib qapılarına yol tapıb. Hazırda çıxış etdiyi “Turan Tovuz”da isə 48 oyunda 4 qol müəllifi olub.
Beləliklə, 28 yaşlı futbolçu Misli Premyer Liqasında 200 oyun həddinə çatan növbəti futbolçular sırasına qoşulub.
© Copyright 2026, All Rights Reserved