Ronaldo: "Onlar mənim kumirimdir"
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo kumirləri barədə fikirlərini bölüşüb.
90plus.az məlumat verir ki, 40 yaşlı forvard braziliyalı futbolçular - Ronaldo və Ronaldinyonu nümunə götürdüyünü bildirib:
Ronaldo və Ronaldinyo futbol dünyasında iz qoyublar. Onlardan daha çox fərdi uğur qazandığımı söyləyə bilərəm, lakin hər ikisi dünya çempionluğuna sahibdir. Mən onların oyunlarını izləyərək böyümüşəm və desəm ki, hər ikisi mənim üçün ilham mənbəyidir, yanılmaram. Hansının daha üstün olduğu önəmli deyil, əsas olan odur ki, onlar futbol tarixində öz yerlərini tutublar.
Qeyd: Ronaldo karyerası ərzində 925 dəfə rəqib qapısına yol tapıb.
© Copyright 2026, All Rights Reserved