Ronaldo “Real”ı təbrik etdi!
Kristiano Ronaldo eks klubu "Real Madrid"i 123 illiyi münasibətilə təbrik edib.
90plus.az xəbər verir ki, portuqaliyalı superulduz bütün sosial media kanalları vasitəsilə doğma klubuna bu cür təbrik ünvanlayıb:
"Real Madridin 123 ili. Bütün Real Madrid ailəsini təbrik edirəm! Hala Madrid!"
İspaniya, Avropa və dünyanın ən titullu və ən böyük klublarından olan "Real Madrid" 123 ildə çox şey qazandı:
36 dəfə La Liga (rekord)
20 dəfə Kral kuboku
1 dəfə Liqa Kuboku
13 dəfə İspaniya Superkuboku
1 dəfə Keçmiş Superkubok (Eva Duarte)
15 dəfə UEFA Çempionlar Liqası (rekord)
2 dəfə UEFA Avropa Liqası
6 dəfə UEFA Superkuboku (rekord)
2 dəfə Latın kuboku (Barcelona və AC Milan klubları ilə şərikli rekord)
8 dəfə FİFA Klublararası Dünya Çempionatı (rekord)
1 dəfə FİFA Qitələrarası Kubok
1 dəfə İbero-Amerika Kuboku (Cənubi Amerika - İspaniya Superkuboku
Üstəgəl, "20-ci əsrin futbol klubu" mükafatı
© Copyright 2026, All Rights Reserved