Ronaldodan DÇ-2034-ün ev sahibliyinə reaksiya: "Bu, qürurvericidir"
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo açıqlama verib.
90plus.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibi seçilməsinə münasibət bildirib:
“Səudiyyə Ərəbistanındakı bütün dostlarımı təbrik edirəm. Sizin hamınızın bu gün necə qürur duyduğunuzu bilirəm və əminəm ki, 2034-cü il dünya çempionatı tarixi olacaq”.
Turnir regionun iqlim şəraiti ilə əlaqədar qışda ölkənin 5 şəhərində 15 stadionda keçiriləcək.
Qeyd: 2030-cu il dünya çempionatı isə Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Uruqvay, Paraqvay və Argentina isə yubiley mundialının bir oyununu qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved