Ruben Amorim: "Antoni buna görə La Liqada yaxşıdır"
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim icarə əsasında "Betis"də oynayan futbolçu Antonidən bəhs edib.
90plus.az xəbər verir ki, mütəxəssis belə deyib:
"Antoninin İspaniyada daha yaxşı performans göstərməsinin bir neçə səbəbi ola bilər. Lakin mən hesab edirəm ki, bu, oyunun fiziki güc tərəfi və İngiltərə Premyer Liqasının daha yüksək intensivliyi ilə əlaqəlidir."
Qeyd: Braziliyalı vinger "Betis"in heyətində keçirdiyi 6 oyunda 3 qol vurub və 2 asist edib. Onun İspaniya klubundakı icarə müddəti mövsümün sonuna qədərdir.
© Copyright 2026, All Rights Reserved