Rusiya bu milli ilə qarşılaşa biləcək
Rusiya milli komandası İran yığması ilə yoldaşlıq görüşü keçirəcək.
90plus.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.
O, komandaların oktyabrın 6-da qarşılaşacağını qeyd edib. Bu qarşılaşma, İran millisinin 2026-cı il dünya çempionatı üçün hazırlığının bir hissəsi olacaq.
Qeyd: Rusiya milli komandası ölkənin Ukraynaya silahlı müdaxiləsi səbəbindən 2022-ci ildən etibarən beynəlxalq yarışlardan uzaqlaşdırılıb. İran isə artıq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved