“Sabah” Avroliqa matçı üçün hazırlığa başladı
“Sabah” Avstriyada təlim-məşq toplanışına başlayıb.
90plus.az xəbər verir ki, Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sabah” klubu yay fasiləsində ilk toplanışına start verib. Komanda artıq Avstriyanın Qrats şəhərindədir və yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında hazırlıqlara başlayıb.
Litvalı mütəxəssisin rəhbərliyi ilə “Sabah” ilk məşqini keçirib. Komandanın Avstriya toplanışı çərçivəsində iki yoxlama oyunu da planlaşdırılıb. Bakı təmsilçisi iyunun 29-da Rumıniyanın “Rapid” (Buxarest) klubu ilə, iyulun 3-də isə Macarıstan təmsilçisi “Pakş”la qarşılaşacaq.
Qeyd: “Sabah” Avropa Liqasındakı debüt matçını iyulun 10-da Bakıda Sloveniyanın “Selye” klubuna qarşı keçirəcək. Cavab görüşü isə iyulun 17-də Sloveniyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved