“Sabah” uduzub Konfrans Liqasına daxil oldu!
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün oyunlara yekun vurulub. Azərbaycan təmsilçisi “Sabah” da növbəti sınağına çıxıb.
90plus.az xəbər verir ki, Bakıda baş tutan ilk qarşılaşmada 2:3 hesabı ilə uduzan Elşad Əhmədovun komandası səfərdə Sloveniya təmsilçisi “Çelye” ilə cavab görüşünə çıxıb. Qələbə qazanmaqla mərhələ keçmək məqsədi daşıyan “Sabah” hədəfinə çata bilməyib – dramatik oyunda 3:3.
Beləliklə, iki oyunun nəticəsinə əsasən (ümumi hesab: 6:5) “Çelye” mərhələ adlayan tərəf olub:
Selye 3-3 Sabah
Ümumi hesab: 6-5
Mikels 9' 63' 64'
Kovacevic 19'
Vuksilevic 49'
Lisifov 109'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/105259
https://t.me/doxsanplus/105260
https://t.me/doxsanplus/105262
https://t.me/doxsanplus/105265
https://t.me/doxsanplus/105267
https://t.me/doxsanplus/105268
https://t.me/doxsanplus/105271
“Sabah” Avropa Liqasında mübarizəni dayandırsa da, avrokubok macərası davam edir. Komandamız yoluna UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək və bu raundda Moldova təmsilçisi “Petrokub” ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved