“Sabah” Sloveniyada tarix yazmağa çalışacaq
Həlledici an gəldi: “Sabah” bu axşam Sloveniyada tarix yazmağa çalışacaq.
90plus.az xəbər verir ki, bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycan təmsilçisi “Sabah” turnirdə növbəti sınağına çıxır.
Ölkə kubokunun qalibi cavab oyununda səfərdə Sloveniya təmsilçisi “Çelye”nin qonağı olacaq. Bakıda keçirilmiş ilk qarşılaşma dramatik şəkildə 2:3 hesablı məğlubiyyətlə başa çatdığından, təmsilçimizi bu axşam ciddi və gərgin sınaq gözləyir.
İki oyunun yekununda mərhələ adlayan komanda Avropa Liqasının 2-ci təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mübarizəni dayandıran tərəf isə UEFA Konfrans Liqasında yoluna davam edəcək və orada “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) duelinin qalibi ilə üz-üzə gələcək.
Saat 22:00 Selye - Sabah
Avropa Liqası, 1-ci təsnifat. Cavab oyunu, ilk oyun 3-2
TV: İctimai TV
Hakimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (hamısı Bolqarıstan).
© Copyright 2026, All Rights Reserved