Sabiq "Barselona"lı "Fənərbağça"da!
"Fənərbağça" transfer çalışmalarını davam etdirir.
90plus.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata əsasən, İstanbul klubu "Vulverhempton"dan azad agent statusunda ayrılan Nelson Semedonu heyətinə qatmağa yaxındır. 31 yaşlı sağ cinah müdafiəçisi bu gecə İstanbulda olacaq və burada tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atması gözlənilir.
Xatırlatma: Portuqaliya yığmasının üzvü olan Semedo daha əvvəl "Benfika" və "Barselona" klublarının formasını geyinib.
© Copyright 2026, All Rights Reserved