Sabiq "Fənər"li Mourinyonu müdafiə etdi
Məşhur futbol şərhçisi Rıdvan Dilmen "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı maraqlı açıqlama verib.
90plus.az xəbər verir ki, Dilmen komandanın portuqaliyalı çalışdırıcıya vaxt verməsi lazım olduğunu və Mourinyonun qalsa, gələn il "Fənərbaxça"nı çempion edə biləcəyini bildirib.
Dilmen deyib: "Fənərbaxça”nın yerində olsaydım, heç vaxt "Mourinyo gedəcək" və ya buna bənzər bir şey deməzdim. Bu barədə heç vaxt danışmazdım. Bu məşqçi Aykut Kocaman və İsmail Kartaldandır".
Sözlərinə davam edən Dilmen vurğulayıb: "Gələn il böyük ehtimalla çempion olacağına iddia edirəm. Amma səbir göstərilsə. Bu hissi hazırda alırammı? Yox, amma nə oynamaq, nə etmək istədiklərini anlayıram".
© Copyright 2026, All Rights Reserved