Sabiq "Liverpul"lu: "Trenti ehtiyata atmaq lazımdır"
Ceymi Karrager "Real Madrid"ə keçəcəyi gözlənilən Trent Arnoldun mövsümün sonuna qədər ehtiyatda qalmalı olduğu bildirib.
90plus.az xəbər verir ki, o, bunu baş məşqçinin qərarı ilə edilməli olduğunu bildirib:
"Trentə layiqli əvəzedici tapmaq qeyri-mümkündür. O, unikaldır, buna görə də Premyer Liqada gördüyümüz müdafiəçilər arasında hamıdan çox müzakirə olunur.
"Liverpul" Trent ilə bağlı vacib qərar qəbul etməlidir. O, baş məşqçiyə komandada qalacağına dair söz verməyibsə, start heyətində meydana çıxmamalıdır".
Qeyd: Trent Aleksandr Arnoldun bu yay "Real Madrid"ə transfer olacağı dəqiqləşib.
© Copyright 2026, All Rights Reserved