Sabiq "Man Siti"li karyerasını başa vurdu
İspaniya millisinin keçmiş hücumçusu Alvaro Neqredo peşəkar futbolçu karyerasını bitirib.
90plus.az xəbər verir ki, hücumçu 39 yaşında butslarını asmaq qərarına gəlib.
Neqredo karyerası boyunca “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya”, “Mançester Siti”, “Midlsbro” və "Beşiktaş" kimi klublarda çıxış edib. Onun sonuncu komandası isə La Liqa təmsilçisi “Valyadolid” olub.
Təcrübəli futbolçu "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə Premyer Liqasının və Liqa Kubokunun qalibi olub. İspaniya millisində 21 oyuna çıxan Alvaro 10 dəfə rəqib qapılarına yol tapıb. O, 2012-ci ildə Avropa çempionluğunu qazanan milli komandanın heyətində yer alıb.
© Copyright 2026, All Rights Reserved