Sabiq "Mançester Yunayted"li bu millini çalışdıracaq
İngiltərənin “Mançester Yunayted” komandasının keçmiş məşqçisi Benni Makkarti Keniya yığmasını çalışdıracaq.
90plus.az xəbər verir ki, bu barədə Keniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Xatırlatma: Cənubi Afrika millisinin keçmiş futbolçusu 2022–2024-cü illərdə “Mançester Yunayted”də Erik ten Haqın köməkçisi kimi fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved