Sanedən sonra qardaşı da Türkiyəyə gəlir
90plus.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu dünya şöhrətli ulduz futbolçu Leroy Sane ilə müqavilə bağladıqdan sonra növbəti sürprizə imza atmaq üzrədir. Alman ulduzun böyük qardaşı Kim Sane də Türkiyəyə transfer olunmağa yaxındır. Məlumata görə, 30 yaşlı futbolçu “Boluspor” klubunda sınaq məşqlərinə başlayacaq.
Almaniya nəhəngi “Bayern Münhen” ilə yollarını ayırdıqdan sonra “Qalatasaray”a keçən Leroy Sane artıq İstanbul təmsilçisinin düşərgəsinə qoşulmağa hazırlaşır. Onun qardaşı Kim Sane isə 1-ci Liqada çıxış edən “Boluspor”a keçə bilər. Təcrübəli futbolçu hazırda sınaq məşqlərində iştirak edir.
Leroy Sanenin “Qalatasaray”a transferindən sonra, onun qardaşı Kim Sanenin də Türkiyədə çıxış edəcəyi bildirilir. Hazırda klubsuz olan 30 yaşlı yarımmüdafiəçi “Boluspor”un heyətinə qoşulmaq üçün məşqlərə qatılıb. Kim Sane daha əvvəl “KFC Uerdingen” və “Vattensşayd noyl" klublarında forma geyinib.
© Copyright 2026, All Rights Reserved