"Santos"un ulduzu Neymar ağır cəza təhlükəsi ilə üz-üzə
Braziliya klubu "Santos"da çıxış edən dünya şöhrətli futbolçu Neymar hakimə qarşı işlətdiyi ifadələrə görə ciddi cəza ilə üzləşə bilər.
90plus.az xəbər verir ki, təcrübəli oyunçu Braziliyada keçirilən qarşılaşmadan sonra hakim Savio Pereira Sampaio ünvanına uyğun olmayan ifadələr işlədib. Bu davranışın Braziliya İdman Ədaləti qaydalarına əsasən "ayrı-seçkilik və ya alçaldıcı davranış" maddəsi çərçivəsində qiymətləndirilə biləcəyi bildirilir.
Xəbərdə qeyd olunur ki, bu pozuntu təsdiqlənəcəyi halda Neymar 5 ildən 10 oyuna qədər uzaqlaşdırıla bilər. Əgər hadisə daha yüngül maddə ilə qiymətləndirilsə, cəzanın 1 ildən 6 oyuna qədər olması mümkündür.
34 yaşlı futbolçunun əsas hədəfi Karlo Ançelotti rəhbərliyi altında Braziliya millisinin heyətində 2026 Dünya Çempionatında iştirak etməkdir. Lakin daha əvvəl Ançelotti Neymarın fiziki durumunun tam hazır olmadığını bildirmişdi.
Qeyd: Təcrübəli hücumçunun mundialda çıxış etməsi üçün müntəzəm oyun praktikası qazanması və ideal formaya düşməsi vacibdir. Mümkün uzaqlaşdırma isə bu hədəfi ciddi şəkildə təhlükə altına sala bilər.
© Copyright 2026, All Rights Reserved