Santuş: “Qayğılı deyiləm”
Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı Millətlər Liqasının qrup mərhələsi oyunundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, komandadakı ab-havadan danışıb:
"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm".
Əhvalı: "Kefim normaldır. Qayğılı deyiləm. Sadəcə sabahkı oyuna konsentrasiya olunmuşam. Rəqib komandanın son 4 oyununu izləmişik. Futbolçularımıza əsasən izah olundu ki, rəqib komanda hücuma çıxarkən necə müdafiə olunmalıyıq".
Əvvəlki mətbuat konfransında "futbolçular klubdan hansı fiziki hazırlıqla gəliblərsə, onunla da oynayacaqlar" fikrinə münasibət: "Futbolçuların fiziki durumunda hər hansı problem görmürəm. Onların hamısında fiziki durum qaydasındadır".
Lider kim olacaq? "Bizdə fərdi heç nə yoxdur. Ancaq komanda şəklində mübarizə aparacağıq".
Qapıçı: "Əsas heyət haqda hələ heç bir fikrim yoxdur. Qərar verməmişəm".
Qeyd: Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsveç oyunu sabah saat 20:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved