“Sarı Kanaryalar”ın iki div transferi yüklənir…
“Foot Mercato”nun məlumatına görə, “Fənərbağça” transfer bazarında ciddi səs-küy yaradacaq bir addıma hazırlaşır: klub, “Paris Sen-Jermen”in iki futbolçusu Milan Şkrinyar və Marko Asensionu transfer etmək üzrədir.
90plus.az xəbər verir ki, hər iki futbolçu PSJ-də artıq əsas heyət üçün düşünülmür. Şkrinyar ötən mövsümü icarə əsasında “Fənərbağça”da keçirmişdi və göstərdiyi oyunla Super Liqada komandasının ikinci yeri tutmasına töhfə vermişdi. Bu çıxış onun İstanbul klubuna daimi keçidini reallaşdırmağa zəmin yaradıb.
Yağız Sabuncuoğlu yazır ki, "Fənərbağça" Milan Şkrinyar ilə 4 illik müqavilə üzrə razılığa gəldi.
30 yaşlı slovakiyalı müdafiəçi əlavələrlə birlikdə illik 7,5 milyon avro maaş alacaq.
Asensio isə 2024-cü ilin ilk yarısında “Aston Villa”da icarədə çıxış etmiş və 21 oyunda 8 qol vuraraq yaxşı performans sərgiləmişdi. Buna baxmayaraq, İngiltərə klubu onu birdəfəlik transfer etməyə qərar verməyib.
Hazırda Asensio İspaniya millisində 2026 Dünya Çempionatı üçün heyətə düşmək şansını artırmaq məqsədilə “Real Madrid”in sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında oynamağa hazırlaşır.
Şkrinyar və Asensionun transferi gerçəkləşsə, bu, “Fənərbağça”nın yayda etdiyi altıncı transfer olacaq. Klub bundan əvvəl Sofyan Amrabat, Con Duran, Arçi Braun və Tarık Çetini heyətinə qatmışdı.
“Fənərbağça” eyni zamanda “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə də maraqlanır. Maraqlıdır ki, Türkiyə millisinin üzvü olan futbolçu həm də “Qalatasaray”ın transfer siyahısındadır.
“Sarı Kanaryalar” qarşıdakı mövsümdə həm daxili arenada, həm də Avropada güclü nəticələr əldə etmək üçün heyətini gücləndirməyə davam edir. “Fənərbağça” 2009-cu ildən bəri Çempionlar Liqasında çıxış etmir, lakin bu uzun fasiləyə növbəti mövsüm son qoymağı hədəfləyir.
© Copyright 2026, All Rights Reserved