Sautqeyt: “Görüləcək çox iş var”
İngiltərə millisinin çalışdırıcısı Qaret Sautgeyt Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Danimarka ilə heç-heçə etdikləri (1:1) oyundan sonra fikirlərini bildirib.
90plus.az xəbər verir ki, azarkeşlərin tənqidinə tuş gələn 53 yaşlı mütəxəssis bunları söyləyib:
"Nəticə gözlədiyimiz kimi olmadı, topdan kifayət qədər yaxşı istifadə etmirik. Belə davam etsək əziyyət çəkəcəyik.
Bilirik ki, başqa yol fikirləşməliyik. Olduqca intizamlı komandalarla oynadıq, onlara təzyiq etmək asan deyildi, amma daha yaxşısını etməliyik. Əsas, problem topu özümüzdə saxlamamaqdır."
2-ci hissədəki dəyişikliklər barədə:
"Biz Konoru (Gallagher) işə salmaq istəyirdik, bizə bir az enerji lazım idi, daha yaxşı pressinq etməmiz lazım idi və Konor bunu çox yaxşı bacarır.
Görüləcək çox iş var. Biz bir yumruq kimi qalmalıyıq, başa düşürük ki, insanlar nəticələrdən məyus olurlar və haqlıdırlar. Daha yaxşısını etməliyik”.
Mənbə: Englandfootball
© Copyright 2026, All Rights Reserved