Sergen Yalçın "Beşiktaş"a yenə "YOX" dedi, SƏBƏBİ!
Tanınmış türkiyəli futbol mütəxəssisi Sergen Yalçın "Beşiktaş"da işləməkdən imtina edib.
90plus.az xəbər verir ki, 52 yaşlı çalışdırıcı klub prezidenti Serdal Adalı ilə görüşdə baş məşqçi postuna gəlmək istəmədiyini bildirib. Buna S.Yalçının qardaşı Gürsoyon səhhətində problemin yaranması səbəb olub. O, hazırda bütün fikrini qardaşına yönəltdiyini deyib.
Qeyd: Sergen Yalçın 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olub.
O, bu vaxt ərzində Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved