Serhat Akından silahlı hücumdan sonra qərar
Serhat Akın birdəfəlik Almaniyaya köçür
90plus.az xəbər verir ki, "Fənərbağça" və Türkiyə milli komandasının keçmiş futbolçularından Sərhat Akın, son günlərdə silahlı hücuma məruz qalmışdı. Yayından sonra uğradığı silahlı hücum nəticəsində ayağından yaralanan Sərhat Akın, iki əməliyyat keçirdi.
Ayağından daha bir əməliyyat keçirəcək olan keçmiş futbolçu, sağalma prosesindən sonra həyatında yeni bir səhifə açacaq.
SƏRHAT AKIN ALMANİYAYA KÖÇÜR
Ajanssporun xəbərinə görə, Sərhat Akın daimi olaraq Almaniyaya yerləşəcək.
ATASI İSTƏDİ
Xəbərdə Sərhat Akının atasının, hücumdan sonra oğlundan Almaniyaya qayıtmasını istədiyi qeyd olunur. Keçmiş milli futbolçunun da bu istiqamətdə qərar aldığı və bundan sonra Almaniyada yaşayacağı bildirilib.
AİLƏSİ ALMANİYADA
Sərhat Akının ailəsi Almaniyada yaşayır, uşaqları da burada təhsil həyatını davam etdirir.
© Copyright 2026, All Rights Reserved