Şesni: "Siqaret çəkmək oyunuma təsir etmir"
”Barselona”nın yeni transferi Voyçex Şesni siqaret çəkməsi haqqında danışıb.
90plus.az xəbər verir ki, polşalı qapıçı bunları deyib:
”Siqaret çəkmək şəxsi həyatımda dəyişdirə bilməyəcəyim bir şeydir və bu heç kimin işi deyil.
Bu mənim şəxsi həyatımdır. Həm də bir qapıçı kimi bunun oyunuma təsir etmədiyini söyləyə bilərəm. Pis nümunə olmamaq üçün uşaqların yanında siqaret çəkmirəm. Amma insanlar mənim ağacların arxasında siqaret çəkərkən şəklimi çəkirlər. Bunu insanlara göstərməkdənsə, gizlətməyə çalışıram.
Əgər kimsə mənim şəxsi həyatımı dəyişdirə biləcəyini düşünürsə, yenidən cəhd edin, bu günə qədər heç bir nəticə verməyib”.
Mənbə: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved