Slot Oliverə: “Çempion olmasaq, günahkar sizsiniz”
"Liverpul"un baş məşqçisi Arne Slotun "Everton"la oyundan (2:2) sonra iki oyunluq cəzalanmasına səbəb olan çıxışları açıqlanıb.
90plus.az xəbər verir ki, Arne Slot matçın baş hakimi Maykl Oliverə yaxınlaşaraq bunları deyib:
"Ümid edirəm ki, performansınızla fəxr edirsiniz. Premyer Liqada çempion olmasaq, sizi günahlandıracağam."
Oliver bu iddianı irəli sürüb. Müstəqil Futbol Assosiasiyası komissiyası isə Slota həm matçın baş hakiminə, həm də köməkçi hakimə qarşı nalayiq hərəkət və təhqirə görə iki oyunluq qadağa və 70.000 funt-sterlinq (84 000 avro) cərimə tətbiq edib.
© Copyright 2026, All Rights Reserved