SON DƏQİQƏ: "Fənərbağça"da sürpriz ayrılıq
"Fənərbağça" futbol direktoru Okan Özkanın vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb. Klubun rəsmi saytında yayımlanan məlumatda Okan Özkanın istefa qərarı verdiyi bildirilib.
90plus.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, Okan Özkan son olaraq "Futbol A Komandası" təşkilatında futbol koordinatoru vəzifəsində çalışıb və klubda yeddi ildən artıq müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Klubun rəsmi açıqlamasında belə deyilir:
“Klubumuzda yeddi il müddətdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən və son olaraq Futbol A Komandası təşkilatında Futbol Koordinatoru olaraq çalışan cənab Okan Özkan peşəkar vəzifəsindən ayrılmaq qərarı vermişdir.
İdarə Heyətimiz tərəfindən aparılan dəyərləndirmə nəticəsində cənab Özkanın vəzifədən ayrılma tələbi qəbul olunmuşdur. "Fənərbağça"ya uzun illər ərzində verdiyi xidmət və əməyə görə Okan Özkana təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.”
© Copyright 2026, All Rights Reserved