Spaletti: “İspanlar bizdən kəskin oynayır”
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda İspaniyaya məğlub olduqları (0:1) oyun haqda fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, 65 yaşlı mütəxəssis məyus olmadığını deyib:
"Oyuna görə məyus deyiləm. Görüşdən əvvəl məlum idi ki, ispanlar bizdən daha kəskin oyun nümayiş etdirəcəklər. Onlar daha sürətli hücumlar qurmağı bacarırlar. Matç zamanı daha tez qərar qəbul edib, lazımi anda lazımi qərar qəbul edirdilər. Bu bir az da psixoloji məsələdir. Növbəti matçda qalib gəlməyə çalışacağıq".
Qeyd: İtaliya millisi Avro-2024-də növbəti oyununu iyunun 24-ü saat 23:00-da Xorvatiya qarşı keçirəcək.
Hazırda B qrupunda vəziyyət belədir:
© Copyright 2026, All Rights Reserved