Stoykoviç: “Əlimizdən gələni etdik”
Serbiya millisinin çalışdırıcısı Draqan Stoykoviç Avropa çempionatının 3-cü turunda Danimarka ilə qolsuz bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, Stoykoviç başabaş oyun keçdiyini bildirib:
"Qol vurmaq üçün hər cəhddə fürsət axtardıq. Qələbə üçün əlimizdən gələni etdik. Danimarka çox güclü komandadır. Oyun gərgin keçdi. Cəsarətli futbol oynadıq və bacardığımızı ortaya qoyduq. Lakin bəzən alınmır”.
Qeyd: Serbiya C qrupunda sonuncu yerin sahibi kimi çempionatla vidalaşıb.
© Copyright 2026, All Rights Reserved