Stoykoviç: “Məğlubiyyəti qəbul etmək istəmədik”
Serbiya millisinin çalışdırıcısı Draqan Stoykoviç Sloveniyaya qarşı Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun oyunundan (1:1) sonra sonra ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis bunları söyləyib:
“Təslim olmadıq və sona qədər özümüzə inandıq. Çoxlu qol imkanları yarada bildik, lakin əsas vaxtda qol vura bilmədik.
Dayanmadıq və Sloveniyadan məğlubiyyəti qəbul etmək istəmədik. Sonda bəhrəsini gördük. Yaradılan şanslardan tutmuş qapıya zərbələrə qədər bizim statistikamız daha yaxşıdır. Amma əsas olan hədəflərdir. Bu heç-heçəyə nail olmağımız vacibdir, baxmayaraq ki, bizim ideyamız qalib gəlmək, hücum futbolu oynamaqdır”.
© Copyright 2026, All Rights Reserved