"Taekvondoçu" qapıçıya bu cəza verildi
İngiltərə Kubokunun 1/8 final mərhələsində "Kristal Pelas"a qarşı keçirilən oyunda (1:3) rəqib futbolçu Jan-Filipp Matetanın başına təpiklə zərbə vuran "Milluol"un qapıçısı Liam Roberts üçün cəza müəyyən edilib.
90plus.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Qapıçıya 6 oyunluq diskvalifikasiya verilib.
Qeyd: Bu zərbədən sonra Mateta xəstəxanaya aparılıb və başına 25 tikiş atılıb.
© Copyright 2026, All Rights Reserved