TFF-dən Arda - Montella gündəmi barədə bəyanat
Türkiyə Futbol Federasiyası Montellanın Arda Gülerə hörmətsizlik etməsi iddiasını yayan video ilə bağlı açıqlama verib.
90plus.az qurumun bəyanatını təqdim edir:
“Milli komandamızın bu axşam məşqi zamanı sosial şəbəkələrdə televiziya kameralarına əks olunan görüntülərinə şərh verib videoçarx yayıblar.
Məşqdən əvvəl milli futbolçumuz Arda Gülərin qasıq nahiyəsindəki ağrılar səbəbindən onu Çexiya matçına ən sağlam şəkildə hazırlamaq üçün fərdi məşq etməsi ilə bağlı texniki heyətimizlə futbolçu arasında razılıq əldə olunub.
Müvafiq videoda görülən məşq Arda Gülərə uyğun deyildi və milli futbolçumuz daha sonra qoruyucu məqsədlər üçün başqa məşqə yönəldilib.
“Xatırlatmaq istərdik ki, ürəyi Türkiyə Milli Komandası üçün döyünən şüurlu vətəndaşlarımız belə təxribatlara uymamalıdırlar".
Qeyd: Baş məşqçi Vinçenzo Montella Arda Gülərin Portuqaliya matçında ehtiyat oyunçular heyətində yer almasına və oyundan öncə məşqdə formasının əlindən alınıb məşqinə izn verməməsinə görə tənqid olunub.
VİDEO: https://t.me/doxsanplus/84793
© Copyright 2026, All Rights Reserved