"Trabzonspor" fələstinli oyunçu transfer edir
Misirin “Əl-Əhli” klubunun heyətində Klublararası dünya çempionatında parlaq çıxışı ilə seçilən Vessam Abu Ali turnirin ardından MLS təmsilçisinə keçid edib.
90plus.az xəbər verir ki, 26 yaşlı hücumçu ABŞ-ın “Kolumbus Kryu” klubu ilə razılıq əldə edib. Lakin Fələstin millisinin üzvü yaxın zamanda karyerasını Türkiyədə davam etdirə bilər.
Belə ki, “Trabzonspor” futbolçunu icarəyə götürmək niyyətindədir və bu səbəbdən ABŞ klubu ilə danışıqlara start verib.
Qeyd: Vessamın “Kolumbus Kryu” ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.
Danimarkada anadan olan forvard indiyədək “Olborq”, “Vendissel”, “Silkeborq” (hamısı Danimarka), “Sirius” (İsveç) və “Əl-Əhli” (Misir) kimi komandaların formasını geyinib.
© Copyright 2026, All Rights Reserved