"Trabzonspor"un futbolçusu İtaliyaya gedir
"Trabzonspor"un müdafiəçisi Arseniy Bataqovun karyerasını İtaliyanın A Seriyasında davam etdirmək ehtimalı var.
90plus.az xəbər verir ki, ukraynalı futbolçuya "Napoli" maraq göstərir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Neapol təmsilçilərinin Bataqovun çıxışını tribunadan izlədiyi bildirilir. "Napoli"nin yanvar transfer dönəmində 23 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif irəli sürməsi gözlənilir.
Xatırlatma: "Trabzonspor" Arseniy Bataqovu 2024-cü ilin yayında "Zarya" klubundan heyətinə qatıb. Ukrayna millisinin üzvü bu mövsüm Super Liqa komandasında meydana çıxdığı 14 rəsmi oyunda 2 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved