"Trabzonspor"un futbolçusuna İsntanuldan maraq var
Müqavilə əsasında "Trabzonspor"da oynayan Simon Banza Türkiyədə komandasını dəyişə bilər.
90plus.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" kimi rəqib klublar konqolu hücumçunun xidmətində maraqlıdır.
İstanbul təmsilçiləri Banzanın müqavilə ilə bağlı olduğu "Braqa" ilə danışıqlara başlayıblar. 28 yaşlı hücumçunun gələcək taleyi mövsüm başa çatdıqdan sonra bəlli olacaq.
Qeyd: "Trabzonspor" Simon Banzanı ötən ilin sentyabrında icarəyə götürüb. Konqo yığmasının oyunçusu Super Liqada keçirdiyi 30 rəsmi qarşılaşmada 20 dəfə fərqlənib və 5 qol ötürməsi ilə seçilib.
© Copyright 2026, All Rights Reserved