Türkiyə millisinin sabiq üzvü bu klubu çalışdıracaq
Trendyol 1-ci Liqasında uğursuz gedişatdan sonra Ersun Yanalla yollarını ayıran "Amedspor" baş məşqçi vəzifəsinə Servet Çətini gətirdi.
90plus.az xəbər verir ki, "Amedspor"un açıqlamasında, "Klubumuz, baş məşqçi Servet Çetin ilə 2024-2025 mövsümünün sonuna qədər anlaşmaya gəldi. Baş məşqçimiz Servet Çətinə "Amedspor"umuzda uğurlar arzulayırıq" ifadələri yer aldı.
Servet Çətin son olaraq Super Liqa komandalarından "Sivasspor"u çalışdırıb. 43 yaşlı mütəxəssis 19 oyunda 1.42 xal ortalaması əldə edib.
© Copyright 2026, All Rights Reserved