Türkiyədə səhv edən hakimlər cəzalanacaqlar
Türkiyə Futbol Federasiyasının prezidenti liqada mübahisəli hakim qərarları ilə bağlı mövqeyini açıqlayıb.
90plus.az xəbər verir ki, İbrahim Hacıosmanoğlu bildirib ki, hakimlər məsuliyyət daşıyacaqlar və insan səhvləri istisna olmaqla, səhvlər davam edəcəyi təqdirdə cəzalandırılacaqlar:
“İnanıram ki, gələn mövsüm hakimlərimiz insan səhvləri xaricində qəsdən səhvlərdən çəkinəcəklər. Kim buna əməl etməsə, bu gündən etibarən yarışlardan uzaqlaşdırılacaq. Biz hakimliyi klublara təhvil verməyi təklif etdik ki, məsuliyyəti öz üzərinizə götürəsiniz və məsləhət şurası yaradılmasını irəli sürdük. Ümid edirəm, bunu birlikdə həll edəcəyik,” — deyə Hacıosmanoğlu vurğulayıb.
Xatırlatma: 2025/26 Türkiyə çempionatı avqustun 10-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved