Türkiyədə "VAR"ın varlığına xaricilər nəzarət edəcək
Futbol üzrə Türkiyə Superliqasının oyunlarında VAR sisteminə müvəqqəti olaraq əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.
90plus.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub.
Bildirilib ki, bu addım VAR sistemindən daha səmərəli istifadəni təmin etmək və gənc hakimlərin inkişafına təkan yaratmaq məqsədi daşıyır.
Qeyd: Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.
© Copyright 2026, All Rights Reserved