UEFA “Atletik”ə sanksiya qoydu
UEFA Avropa Liqasının “Mançester Yunayted”ə qarşı yarımfinal oyunlarında azarkeşlərin davranışları səbəbilə “Atletik Bilbao” klubuna 50.000 avro cərimə kəsib.
90plus.az xəbər verir ki, sanksiyalar aşağıdakı şəkildə bölünüb:
Bundan əlavə, “Atletik”in müdafiəçisi Yeray Alvares ilk oyundan sonra qadağan olunmuş maddəyə görə verdiyi müsbət dopinq testinə görə müvəqqəti olaraq diskvalifikasiya təhlükəsi ilə üz-üzədir.
Məlumata görə, bu nəticə onun xərçəngdən sağaldıqdan sonra istifadə etdiyi saç tökülməsinə qarşı müalicədən qaynaqlanıb və futbolçu bu preparatı bilmədən qəbul etdiyini bildirib.
UEFA-nın intizam prosesi hələ davam edir.
“Atletik Bilbao” klubundan verilən açıqlamada bu hadisələrdən dərs çıxaracaqlarını vurğulanıb və azarkeşlərə hörmət və idmançılıq prinsiplərinə sadiq qalmaq çağırışı edilib.
Mövsümün böyük hissəsində nümunəvi davranış göstərilsə də, bu pozuntular klubun imicinə xələl gətirib və intizam tədbirləri ilə nəticələnib.
Qeyd: Zəif mövsüm keçirməsinə baxmayaraq, “Mançester Yunayted” “Atletik” üzərində ümumi hesabda 7:1-lik qələbə ilə finala yüksəlib. Finalda isə “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.
© Copyright 2026, All Rights Reserved