UEFA "Beşiktaş"dan qovulan məşqçiyə iş verdi
Son olaraq "Beşiktaş" klubunda baş məşqçi vəzifəsində çalışan Covanni van Bronxorst yeni iş yeri tapıb.
90plus.az xəbər verir ki, hollandiyalı mütəxəssis UEFA-da matç analitiki kimi fəaliyyət göstərəcək. Bronxorst, iki aylıq fasilədən sonra bu vəzifəyə təyin olunub.
Onun "Beşiktaş"dakı fəaliyyəti cəmi 178 gün davam edib. O, komandanı mövsümə "Qalatasaray" üzərində 5-0 hesablı qələbə ilə qazandığı Super Kubok zəfəri ilə başlatmışdı. Lakin sonrakı dövrdə gözlənilən nəticələri əldə edə bilməyib.
"Beşiktaş" həmin müddətdə ümumilikdə 10 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlə çıxış edib.
© Copyright 2026, All Rights Reserved