UEFA-dan qərar: "Kristal Pelas" Avropa Liqasından uzaqlaşdırıldı
Keçən mövsüm İngiltərədə tarixi uğura imza ataraq FA Kubokunu qazanan "Kristal Pelas"a UEFA-dan xoş olmayan xəbər gəlib.
90plus.az xəbər verir ki, çoxlu sahiblilik qaydasının pozulması səbəbilə İngiltərə təmsilçisi UEFA Avropa Liqasında iştirak edə bilməyəcək. Bildirilib ki, "Kristal Pelas"la Fransanın "Lion" klubu eyni sahiblərə məxsus olduğundan, bu mövsüm İngilis klubu yalnız UEFA Konfrans Liqasında çıxış edə biləcək.
"Kristal Pelas"ın yerinə UEFA Avropa Liqasında başqa bir İngiltərə klubu – "Nottingem Forest" iştirak edəcək.
© Copyright 2026, All Rights Reserved