UEFA hakimə görə Ranyerini cərimələdi
UEFA fevral ayının ən yaxşı baş məşqçisi seçilən Klaudio Ranyerini (“Roma”) 20 min avro cərimələyib.
90plus.az xəbər verir ki, buna səbəb Ranyerinin Avropa Liqasının “Portu” ilə ilk pley-off matçından (1:1) sonra hakim Tobias Ştiler və Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti barəsində tənqidi fikirlər deməsi olub.
Qeyd: “Roma”nın yarımmüdafiəçisi Brian Kristantenin meydandan qovulmasından sonra Ranyeri hakimi qərəzli olmaqda günahlandırmışdı.
© Copyright 2026, All Rights Reserved