UEFA İstanbul ofisini açır, günlər qaldı…
Aprelin 24-də Türkiyənin İstanbul şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqının - UEFA-nın nümayəndəliyi açılacaq.
90plus.az xəbər verir ki, əlamətdar hadisə hesab olunan bu tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı ilə baş tutacaq.
Mərasimə 55 ölkənin futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl - aprelin 23-də Çırağan Sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq.
Qeyd: İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər kimi tarixə düşəcək.
Hətta Türkiyə tezliklə FİFA-nın ofisinə də ev sahibliyi edə bilər.
© Copyright 2026, All Rights Reserved