Valdas Dambrauskas: "Çelye" ilə ilk oyundan dərs çıxaracağıq"
"Sabah"ın baş məşqçisi oyundan sonra üzüntülü fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah" öz meydanında Sloveniya təmsilçisi "Çelye"yə məğlub oldu. Oyundan sonra komandamızın baş məşqçisi Valdas Dambrauskas bu fikirləri səsləndirib:
"Çelye"ni təbrik etmək istəyirəm və azarkeşlərə təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki məğlub olduq. Bu oyundan dərslər çıxarmalı və daha yaxşı çıxış etməliyik. Rəqib haqqında az informasiyamız vardı. Çox yaxşı komandaya qarşı çıxış etdik. Bilirdik ki asmalardan istifadə edəcəklər. Təəssüf ki qol vəziyyətlərindən istifadə edə bilmədik. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq. Amma müharibəni uduzmamışaq. Sloveniyada əlimizdən gələni edəcəyik. Bu matçdan dərs çıxaracağıq".
© Copyright 2026, All Rights Reserved