Vini Junior: “Təzyiq və tənqid mənə problem deyil”
Vinisius Junior “Real Madrid”in Zalsburq üzərindəki qələbəsində parladı və oyunun ən yaxşısı seçildi.
90plus.az xəbər verir ki, “Real Madrid” Klubların Dünya Çempionatının qrup mərhələsində Avstriyanın “Zalsburq” klubuna qarşı keçirdiyi oyunda 3:0 hesablı inamlı qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqə əldə edib.
Madrid təmsilçisinin hücumçusu Vinisius Junior görüşün ən yaxşı futbolçusu seçilib. Braziliyalı ulduz bu matçda 1 qol vurub, 1 də məhsuldar ötürmə ilə yadda qalıb.
Vinisius görüşdən sonra açıqlamasında klubla bağlı duyğularını belə ifadə edib:
“Real Madrid”i həqiqətən sevirəm və bu kluba hər şeyi borcluyam. Təzyiq və tənqid mənim üçün problem deyil. Bu klubdan, yeni baş məşqçimiz Xabi Alonsonun rəhbərliyindən və komandadakı futbolçulardan çox razıyam.”
Xatırlatma: Bu nəticə ilə “Real Madrid” H qrupunu lider tamamlayaraq 1/8 finalda İtaliyanın “Yuventus” klubu ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved