Xabi Alonso addım-addım "Real Madrid"ə
"Real Madrid" və Xabi Alonso arasında danışıqlar baş tutdu.
90plus.az xəbər verir ki, "Los Blancos" rəhbərliyi 43 yaşlı mütəxəssisi gələn mövsüm komandanın "sükanı arxasında" görmək istəyir. Onlar ispaniyalı baş məşqçinin müasir və dinamik üslubu ilə bu heyətlə daha yaxşı nəticə qazanacağını düşünürlər.
Karlo Ançelotti və ətrafı "Real Madrid"in Alonsoya ciddi marağından xəbərdardırlar. İtalyan mütəxəssis yaya qədər dəqiq postunda qalacaq. O, növbəti mövsüm də komandanı çalışdırmaq istəyir. "Los Blancos" Çempionlar Liqası və ya La Liganın qalibi olsa, böyük ehtimalla Ançelotti ilə yola davam ediləcək.
Mənbə: The Athletic
© Copyright 2026, All Rights Reserved