Xavi baş məşqçilik üçün təkliflərə açıqdır
"Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandez baş məşqçiliyə qayıtmağa hazır olduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, 45 yaşlı ispan mütəxəssis La Liqadan təklif gözlədiyini rtiraf edib:
"Hazırda konkret heç nə yoxdur, amma təkliflərə açığam. La Liqanın başqa bir klubunun baş məşqçisi niyə də olmayım? Maraqlı layihə axtarışındayam, kuboklar qazanmaq üçün ambisiyalarım var. Bu, əsas hədəfimdir. İstənilən təklifi dinləyəcəyəm".
İzlədiyi komandalar, liqalar:
"Bir sıra komandaların oyununu izləmək xoşuma gəlir. Məsələn, Qvardiolanın "Man Siti"sini, Slotun "Liverpul"unu, Kompaninin "Bayern Münhen"ini, həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Portuqaliya çempionatlarını".
📰: France Football
© Copyright 2026, All Rights Reserved