Xusanov "Siti"də hamını qabaqladı
"Mançester Siti"nin futbolçusu Abdukodir Xusanov komandasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisinin azarkeşləri arasında keçirilən sorğuda 21 yaşlı özbəkistanlı müdafiəçi Erlinq Haaland və Yoşko Qvardiolu geridə qoyub.
Xatırlatma: Abdukodir Xusanov "Mançester Siti"yə yanvar ayında "Lans" klubundan transfer edilib. O, keçən ay komandasının heyətində 5 oyuna çıxaraq 1 qol vurmağa müvəffəq olub.
© Copyright 2026, All Rights Reserved