XÜSUSİ: Kerem Aktürkoğlu “Fənərbağça”da
RƏSMİLƏŞMƏK ÜZRƏDİR: Kerem Aktürkoğlu “Fənərbağça”ya keçir!
90plus.az xəbər verir ki, Ali Koçun göstərişi, Mourinyonun təkidi ilə transfer tamamlanmaq üzrədir!
Türkiyə futbolunda ilin ən səs-küylü keçidlərindən biri reallaşmaq üzrədir. “Fənərbağça” prezidenti Ali Koç və baş məşqçi Joze Mourinyo Kerem Aktürkoğlu transferinə son nöqtəni qoymaq üçün hərəkətə keçib.
Sercan Hamzaoğlu və Fabrizio Romanonun məlumatına görə, artıq klub nümayəndəsi Hakan Safi bu gecə Portuqaliyaya yola düşür. Məqsəd: transferin bütün detalları ilə yekunlaşdırılması.
🔊 Mourinyo: “Kerem mütləq alınsın!”
Ali Koç isə dərhal əməli tapşırıq verib və tərəflər arasında razılıq böyük ölçüdə əldə olunub. Artıq yalnız xırda detallara qalıb.
📍 Kerem Aktürkoğlu uzun illərdir “Qalatasaray”ın əsas oyunçularından biri sayılır və millidə də daim yer alan adlardandır. Onun “Fənərbağça”ya keçidi həm İstanbul derbiləri, həm də Superliqada gərginliyi daha da artıracaq.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved