Yurgen Klopp dünya çempionatı turnirini “ən pis ideya” adlandırdı
Yurgen Klopp Klubların Dünya Çempionatı ilə bağlı sərt tənqid səsləndirib: o, bu turniri “futbol tarixində həyata keçirilmiş ən pis ideya” adlandırıb.
90plus.az xəbər verir ki, “Die Welt” nəşrinə danışan sabiq “Liverpul” baş məşqçisi turnirin yaradılmasını kəskin tənqid edib və bu ideyanın futbolla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən ortaya atıldığını bildirib.
Klopp futbolçuların həddindən artıq yüklənməsinə də diqqət çəkib və yaxın mövsümdə misli görünməmiş zədələrin olacağını proqnozlaşdırıb:
“Bu qədər matç çoxdur. Qorxuram ki, növbəti mövsüm futbolçular tarixdə görünməmiş zədələr alacaqlar”.
O, oyunçular üçün real istirahət və bərpa müddətinin olmadığını vurğulayıb:
“Bu yarışda iştirak edən futbolçular üçün nə fiziki, nə də psixoloji baxımdan bərpa müddəti var”.
Alman mütəxəssis daha əvvəl də bu turniri “mənasız yarış” adlandırmışdı. Klopp deyib:
“Turniri qazanan komanda tarixdə ən pis qalib olacaq. Çünki bütün yayı oynamalı olacaqlar və sonra da çempionat başlayacaq”.
© Copyright 2026, All Rights Reserved