“Yuventus”: Motta gedir, namizədlər onlardır
İtaliyanın "Yuventus" klubunda baş məşqçinin dəyişdirilməsi qaçılmazdır.
90plus.az xəbər verir ki, Tiaqo Mottanın qovulması və Roberto Mançininin gətirilməsi baş tuta bilər.
Artıq Roberto Mançini ilə 4 aylıq müqavilə barədə razılıq əldə edildiyi yazılır. Amma burada vacib məqam da var. Belə ki, İtaliya milli komandasının keçmiş baş məşqçisi Roberto Mançini Turinə keçər, lakin o, müvəqqəti olaraq işi qəbul etmək istəmir və yalnız çoxillik müqavilə bağlamağı üstün tutur.
Doqquz mövsüm klubda oynayan və eyni zamanda Andrea Pirlonun rəhbərliyi altında köməkçi məşqçi kimi çalışmış İqor Tudor da "Alyans Arena"ya qayıda bilər. Çünki o, qısamüddətli olsa da, işi qəbul etməyə həvəslidir.
Tuttosport nəşri isə iddia edir ki, bu ilin əvvəlində Belçika millisinin baş məşqçisi vəzifəsini tərk edən Domeniko Tedesko "Yuve" üçün tək seçimdir.
© Copyright 2026, All Rights Reserved