"Yuventus" rəhbərliyi baş məşqçinin arxasında durdu
"Yuventus" rəhbərliyi baş məşqçi Tiaqo Motta ilə bağlı qərarını açıqlayıb.
90plus.az məlumat verir ki, Turin klubunun idman direktoru Kristiano Ciuntoli son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, 42 yaşlı mütəxəssisin postunda qalacağını bildirib.
"Motta ilə işimizi davam etdiririk və mövqeyimizi dəyişməyi düşünmürük. Bu çətin vəziyyətdən yalnız birlikdə çıxa bilərik. Ağır dönəmdir, amma yolumuza davam edirik", – deyə Ciuntoli vurğulayıb.
Xatırlatma: "Yuventus" A Seriyasında 29 turdan sonra 52 xalla turnir cədvəlində 5-ci pillədə yer alır.
© Copyright 2026, All Rights Reserved